Əlverişli iqlimi, münbit torpağı və fermerlərin bacarıqları sayəsində Avropa bütün dünyada kənd təsərrüfatı məhsullarının əsas istehsalçılarından biridir.

Dadlı qidanın böyük çeşidləri bizim qastronomik ənənələrimizi əks etdirən Avropa İttifaqı çərçivəsində istehsal edilir. Yüksək  keyfiyyətli, təhlükəsiz qida məhsullarının təmin edilməsi məqsədilə Avropa bu illər ərzində istehlakçıları təhlükəsiz məhsullarla təmin edən ümumi bazar yaratmışdır.

Gələcəyə baxaraq Avropa İttifaqı, istehsalçılar və emaledici sənaye müasir dövrün yüksək qida dəyərli qida məhsullarının davamlı istehsalı, minimal enerji sərfi və ətraf mühitə mümkün qədər az təsirin göstərilməsi kimi vəzifələrinin yerinə yetirilməsi üçün yeni prioritetlər müəyyən etmişdir.

PAN-DORA proqramı Yunanıstan, Kipr və Rumıniya kimi üç Avropa ölkəsinin təşkilatlarının birgə səylərini əhatə edir.

Bu ölkələrdə kənd təsərrüfatı istehsalı əsas və ən önəmli fəaliyyət növü olaraq qalır və hər istehsalçı öz məhsullarını ənənələrə və ətraf mühitə hörmətlə istehsal edir.

Beləliklə, emal edilmiş meyvə və tərəvəzlərin istehsalçıları eyni prinsip və standartlara riayət edərək öz məhsullarını istehsal edir və bütün dünyada satır.

Bu proqram, hamı üçün əlverişli və faydalı olan təhlükəsiz qida məhsullarının istehsalına mövcud olan köhnə ənənələri, müxtəlifliyi və zənginlikləri özündə birləşdirən kənd təsərrüfatı məhsulları ilə qida məhsullarının istehsalı arasında unikal əlaqənin əldə edilməsinə hədəflənir.