Emal edilmiş meyvə və tərəvəzlər: istənilən zövqə uyğun müxtəliflik!

Emal edilmiş meyvə və tərəvəzlərin dünyada ən yüksək faizi Avropa İttifaqında istehsal edilir: bütün dünya istehlakçılarının tələbatını ödəyən ümumi istehsal həcminin təxminən 42,3%.

Emal üçün nəzərdə tutulmuş meyvə və tərəvəzləri yetişmə pikində yığırlar və bir neçə saatdan sonra emal edirlər, çünki onlar öz qida inqrediyentlərini qoruyub saxlayırlar. Təzə meyvə və tərəvəzlər tərkibindəki qida maddələrinin miqdarı maksimuma çatmadan çox öncə yığılır, pərakəndə ticarətə çatmadan  əvvəl bir neçə gün keçir və yalnız sonra yeyilirlər. Emal edilmiş meyvə və tərəvəzlər eyni dərəcədə təzədir və Dünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının gündə beş porsiya meyvə və tərəvəzlərlə əlaqədar tövsiyələrə görə balanslaşdırılmış pəhrizdə önəmli rol oynayırlar.

Rumıniya Avropa İttifaqında meyvə və tərəvəzlərin həcminə görə beşinci istehsalçıdır, beləliklə, onların emalı son dərəcə inkişaf etmişdir və Rumıniya fermerlərinin ənənəsinə uyğun olaraq yüksək keyfiyyətli, konservantsız, təhlükəsiz məhsulların geniş çeşidlərini təklif edir.

Pomidor, xiyar, bibər, gül kələmi, çuğundur, göbələk, lobya və noxud Avropa və dünya bazarında emal edilən və satılan məhsullardan bəziləridir: konservləşdirilmiş (göbələk və noxud), suda (lobya), duza qoyulmuş (xiyar, bibər, çuğundur və gül kələmi), sousda, pastada və ya şirədə (pomidor).

Alma, armud, ərik, albalı, gavalı – konservləşdirilmiş, cem və ya şirə şəklində, və eyni zamanda qurudulmuş meyvələr və çərəzlər ölkənin ən önəmli məhsullarıdır və bütün dünyada satılır.

Unikal meyvə və tərəvəz ətirlərindən həzz alın!