Zeytun və zeytun yağı Avropa deməkdir!

Bütün dünyada 750 milyondan çox zeytun ağacı yetişdirilir və bunların 95%-i Aralıq dənizi regionunda, xüsusilə də Aİ ölkələrində yetişdirilir. Zeytun yağının dünya istehsalının 70%-i və zeytun istehsalının 30%-i Aİ-də həyata keçirilir.

Avropa İttifaqı həmçinin dünyanın ən iri istehlakçısıdır: dünyada zeytun yağının 54%-dən çoxu və süfrə zeytununun 23%-dən çoxu Avropa istehlakçılarının süfrəsindədir!

Kiprdə əkin sahələrinin təxminən 40%-nin zeytun bağlarına ayrılmasının əsas səbəbi unikal mikroiqlim və zeytun ağacının iqlim şəraitlərində unikallığıdır!

Biz, Avropalılar üçün zeytun və zeytun yağı bir həyat tərzi və gündəlik rasionumuzun bir komponentidir.  Zeytun ağacı meyvələrinin (Olea Europeana)  və zeytun yağının (meyvələrin mexaniki emalı nəticəsində əldə etdiyimiz təbii şirə)  qida dəyəri son dərəcə yüksəkdir. Bu səbəbdən onlar bütün dünyada ən çox qəbul edilmiş qida modeli olan Aralıq dənizi pəhrizinin əsasını təşkil edirlər.

Zeytun ağacının meyvələri monodoymamış yağ turşularının və E vitamininin zəngin mənbəyi, eləcə də kalsium, dəmir, fosfor, kalium, sink, mis və selen kimi qidalandırıcı mineral elementlərin çox gözəl mənbəyidir. Tərkibində yüksək natrium mənbəyi olan karbohidrat azdır.

Tərkibində həmçinin yüksək miqdarda polifenol var. Oleyropein miqdarı yetişməmiş zeytunda daha çoxdur və intensiv acı dad əsasın bu maddədən gəlir.

Dadı acı olduğundan, zeytunu adətən xam şəkildə yemirlər və süfrəyə verilməsi üçün zeytun bir sıra emal prosedurandan keçməlidir. Bu prosedurlar ilin fəslindən, regiondan regiona və zeytunun növündən asılı olaraq dəyişir.

Zeytun yağı həm qida, həm də pəhriz dəyərinə görə digər bitki yağlarından üstündür. Emal edilmiş zeytunun tərkibində təzə zeytunun tərkibində vitaminlər, ətir və dad daxil olmaqla bütün komponentlər mövcuddur. Tərkibində doymuş yağ turşuları az, doymamış yağ turşuları isə çoxdur və orqanizmdə asanlıqla həzm olunur. Yeganə bitki yağıdır ki, yüksək temperaturlarda (məs. qızartma zamanı) sabit qalır, dəyişikliklərə məruz qalmır və toksik maddələr yaratmır.

Zeytundan və zeytun yağından hər gün həzz alın!