Avropa İttifaqından meyvə şirələri: süfrənizin təravəti!

Avropa İttifaqında ən populyar meyvələr bütün il boyu yetişdirilir. Portağal və şaftalıya, ərik və çiyələyə, mandarin və albalıya, alma və üzümə bütün Avropada rast gəlinir və istehlakçılara geniş çeşiddə təqdim edilir.

Avropanın “şirə” sənayesi dünyada ən dinamik inkişaf edən və inkişaf etmiş sənayelərdən biridir. Buna, Avropada hamı tərəfindən riayət edilən və bununla da qəbul etdiyimiz məhsulların təhlükəsizlik və keyfiyyətinin təmin edən konkret qanunvericilik çərçivələrinin mövcud olması yardımçı olur. Beləliklə, onların tərkibi, xarakteri və qida üstünlükləri haqqında bütün zəruri məlumatlara sahibik.

Avropa İttifaqında istehsal edilən hər bir şirə tərkiblər, inqrediyentlərin minimal miqdarı, əlavə edilmiş inqrediyentlərlə (xüsusilə də şirənin tərkibində şirinləşdirici maddələr, əlavə sabitləşdirici və ya qoruyucu inqrediyentlər olduqda), eləcə də konsentrasiya edilmiş şirədən hazırlanıb-hazırlanmadığı ilə əlaqəli müəyyən spesifikasiyalara uyğun olmalıdır. Bununla yanaşı qida dəyəri  ilə sağlamlıq üçün faydasına dair qeydlər qabaqcadan təsdiq edilməli, spesifik olmalı və istehlakçıları yanıltmamalı və yalan məlumat verməməlidir.

Kiprdə sitrus meyvələri (portağal, limon, mantores – Kipr mandarini) adanın xüsusi iqlim şəraitləri səbəbindən yüksək qida dəyəri və unikal dad və ətirlə səciyyələnən əsas kulturalardan birini təşkil edir. Bu meyvələrin şirəsi təzə sitruslarla eyni təravəti, dadı və ətri daşıyır!

Meyvələrin təbii derivatları olaraq şirələrin tərkibində qida maddələrinin bir çoxu var və onlar hər gün qəbul edilməli olan beş meyvə və tərəvəz porsiyasından birinin əvəz edilməsi üçün idealdırlar.

Meyvələrin tərkibində təbii şəkərin, yəni karbohidratların olması səbəbindən, şirələrdən istifadə tərkibindəki əsas inqrediyentin su olması səbəbindən çox yaxşı hidratasiya vasitəsi olduğundan ehtiyacımız olduğu enerji səviyyələrini stimullaşdırır və möhkəmləndirir.

Xüsusilə sitrus, çiyələk, giləmeyvə və ya nar əsaslı şirələr A vitamini, beta-karotin, E vitamini və antioksidant polifenolu kimi antioksidantlarla zəngindir və bu cür şirənin hər stəkanı gündəlik maye qəbulunu artırır.

Meyvə şirələri – bütün ailənin sevincidir!