Kiprin kənd təsərrüfatı assosiasiyası ən iri kənd təsərrüfatı assosiasiyasıdır və ölkənin demək olar ki, bütün kənd təsərrüfatı məhsullarını əhatə edir. Assosiasiyanın əsası 15 oktyabr 1989-cu il tarixində qoyulmuşdur və hazırda adanın ən iri kənd təsərrüfatı təşkilatıdır. Bu assosiasiyanın üzvləri ilkin kənd təsərrüfatı sektorunun birbaşa istehsalçılarıdır.
Əsas fəlsəfə sosial bazar iqtisadiyyatı əsasında fermerlərə dəstəyin göstərilməsi və bu siyasətin bütün səviyyələrdə həyata keçirilməsindən ibarətdir.
Kənd təsərrüfatı assosiasiyasının əsası Nikosiyada qoyulmuşdur, ofisləri isə Famaqustda, Limasolda, Larnakda və Pafosda yerləşir. Assosiasiya Kiprin kənd təsərrüfatı siyasının hazırlanması və həyata keçirilməsində fəal iştirak edir, Copa Cogeca və ÜQT kimi beynəlxalq və Avropa təşkilatlarının üzvüdür, kənd təsərrüfatı məhsulları ilə əlaqədar önəmli proqramlar və kənd təsərrüfatı istehsalının və fermerlərin maraqlarına cavab verən dövlət tədbirlərinin yaxşılaşdırılmasına yönəlmiş elmi-tədqiqat proqramlarını həyata keçirmişdir və həyata keçirməyə davam edir.