TƏRƏVƏZ VƏ MEYVƏLƏRİN KONSERVLƏŞDİRİLMƏSİ ÜZRƏ SƏNAYE PATRONATI, ELƏCƏ DƏ QARIŞIQ KONSERVLƏŞDİRMƏ ÜZRƏ PATRONAT. ROMCONSERV (ROMKONSERV)

Meyvə və tərəvəzlərin emalı üzrə sənayedə fəaliyyət göstərən bütün şirkətləri birləşdirən yeganə peşəkar Rumıniya təşkilatıdır.

ROMCONSERV-in əsas məqsədi üzvləri tərəfindən istehsal edilən məhsulun rəqabət qabiliyyətini və istehsal fəaliyyətinin effektivliyini artırmaq, eləcə də ənənəvi məhsulların irəlilədilməsi və yeni məhsulların buraxılmasıdır.

ROMCONSERV – istehsal gücünün yaxşılaşdırılması, ikinci dərəcəli fəaliyyətin müasirləşdirilməsi və istehsal texnologiyalarının Aİ-nin standartlarına uyğun olaraq yenilənməsi üçün strategiyalar işləyib hazırlayır, bu isə keyfiyyətli və təhlükəsiz qida məhsullarının istehsalına imkan yaradır.

Öz hərəkətləri və Avropa səviyyəsində partnyorluğu ilə ROMCONSERV sənayenin beynəlmiləlləşməsinə və xaricdə önəmli bazarların açılmasına gətirib çıxarmışdır.



 

Panagrotikos kənd təsərrüfatı assosiasiyası

Kiprin kənd təsərrüfatı assosiasiyası ən iri kənd təsərrüfatı assosiasiyasıdır və ölkənin demək olar ki, bütün kənd təsərrüfatı məhsullarını əhatə edir. Assosiasiyanın əsası 15 oktyabr 1989-cu il tarixində qoyulmuşdur və hazırda adanın ən iri kənd təsərrüfatı təşkilatıdır. Bu assosiasiyanın üzvləri ilkin kənd təsərrüfatı sektorunun birbaşa istehsalçılarıdır.

Əsas fəlsəfə sosial bazar iqtisadiyyatı əsasında fermerlərə dəstəyin göstərilməsi və bu siyasətin bütün səviyyələrdə həyata keçirilməsindən ibarətdir.

Kənd təsərrüfatı assosiasiyasının əsası Nikosiyada qoyulmuşdur, ofisləri isə Famaqustda, Limasolda, Larnakda və Pafosda yerləşir. Assosiasiya Kiprin kənd təsərrüfatı siyasının hazırlanması və həyata keçirilməsində fəal iştirak edir,  Copa Cogeca və ÜQT kimi beynəlxalq və Avropa təşkilatlarının üzvüdür, kənd təsərrüfatı məhsulları ilə əlaqədar önəmli proqramlar və  kənd təsərrüfatı istehsalının və fermerlərin maraqlarına cavab verən dövlət tədbirlərinin yaxşılaşdırılmasına  yönəlmiş elmi-tədqiqat proqramlarını həyata keçirmişdir və həyata keçirməyə davam edir.



 

DELKOF SA

DELKOF SA yunan meyvə konservi zavodlarının şəbəkəsi olaraq fəaliyyət göstərir, əsas fəaliyyəti isə Avropada və bütün dünyada yunan sənayesinin təqdimatı və irəlilədilməsidir.

DELKOF SA dünya bazarında aparıcı pozisiyalara sahib olan meyvə konservləri və şirələrinin istehsalı üzrə ən iri zavodları birləşdirir. Onların fəaliyyəti konservləşdirilmiş şaftalının istehsalında cəmlənib və dövriyyəsi 500 mln Avrodan çoxdur.

Əsası Mərkəzi Makedoniyanın İmafiya regionunda Naouss (Naussa) şəhərində qoyulmuş DELKOF SA-nın üzvləri minlərlə öz məhsullarının  yüksək keyfiyyət və təhlükəsizliyini qoruyaraq hər gün yunanıstanlı fermer və istehsalçıların xeyrinə işləyirlər.

DELKOF SA, təzə meyvələrin təravəti və dəyərini qoruyan emal edilmiş meyvələr istehsal etmək məqsədinə sadiq qalaraq məhsulun irəlilədilməsi və məhsul haqqında məlumatlılığın artırılması üçün bir sıra tədbir, elmi tədqiqat proqramları və milli, Avropa və beynəlxalq səviyyədə təşəbbüslər həyata keçirmişdir və həyata keçirməyə davam edir